Naxçıvanda tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib

Naxçıvanda tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Naxçıvan Muxtar Respublikasının bütün ümumi təhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçirilib.

SİA-nın yerli bürosu xəbər verir ki, 24 binada keçirilən imtahanlarda 5589 şagird iştirak edib.

Qeyd edək ki, imtahan saat 11:00-da başlayıb və 3 saat davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə