"Bəzi fikirlər səsləndirilirdi ki, sosial şəbəkələrdə və mediada yayılan narazılıqlar növbəti buraxılış və qəbul imtahanlarına müəyyən təsir göstərə bilər. Lakin mövcud təcrübə göstərir ki, bu cür ictimai müzakirələr imtahan prosesinin məzmununa və ya nəticələrinə birbaşa təsir etmir".
Bunu SİA-ya açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.
_(1)_(1).jpg)
Onun sözlərinə görə, bunun əsas səbəbi ondan ibarətdir ki, imtahanlarda istifadə olunan test bankı əvvəlcədən hazırlanır, ekspertlər tərəfindən yoxlanılır və rəsmi qaydada təsdiqlənir: "Bu mərhələdən sonra onun dəyişdirilməsi və ya yenidən formalaşdırılması həm texniki, həm də təşkilati baxımdan uzun müddət tələb edən mürəkkəb bir prosesdir. Ona görə də qısa müddətdə baş verən ictimai reaksiyalar imtahanların strukturuna təsir göstərə bilmir.
Eyni zamanda, imtahanların keçirilməsi müəyyən planlaşdırılmış qrafik əsasında həyata keçirilir və bu qrafikə uyğun olaraq bütün hazırlıq mərhələləri əvvəlcədən tamamlanır. Bu səbəbdən, prosesin son mərhələlərində hər hansı əsaslı dəyişikliklərin edilməsi real deyil.
Artıq blok imtahanlarının vaxtının yaxınlaşdığını nəzərə alsaq, bu mərhələdə ciddi yeniliklərin və ya sadələşdirmə addımlarının tətbiqi praktik olaraq mümkün görünmür. Mövcud sistemin iş prinsipi və hazırlıq mexanizmi belə dəyişikliklərin qısa müddətdə həyata keçirilməsinə imkan vermir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB