“Buraxılış imtahanlarının nəticələri aprelin 25-dən sonra açıqlanacaq” - SƏDR

Martın 9-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarının nəticələrinin aprelin 25-dən sonra açıqlanacağı gözlənilir.

SİA xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, nəticələrin yoxlanılması və qiymətləndirmə prosesi hazırda davam etdirilir və bütün prosedurların dəqiq və şəffaf şəkildə aparılması təmin olunur.

Qeyd edək ki, həmin imtahanda ümumilikdə 58 138 şagirdin iştirakı nəzərdə tutulurdu. İmtahan zamanı qayda pozuntusu halları da qeydə alınıb , 9 nəfərin üzərində mobil telefon aşkarlandığı üçün onlar imtahan prosesindən xaric ediliblər. Bu kimi hallar imtahan qaydalarının ciddi şəkildə nəzarətdə saxlanıldığını bir daha göstərir.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə