“10 il ərzində imtahan prosesində 6 milyondan çox vətəndaş iştirak edib” -MƏLEYKƏ ABBASZADƏ
“Ötən 10 il milyonlarla vətəndaşın həyat yolunun ayrılmaz hissəsinə çevrilmiş bir qurumun inkişafında mühüm mərhələdir. Bu tarix yalnız son 10 illə məhdudlaşmır və onun başlanğıcı ölkədə subyektiv qərarlardan imtina edilərək biliklərə əsaslanan qiymətləndirmə sisteminin formalaşdırıldığı dövrə təsadüf edir”.
SİA xəbər verir ki, bu sözləri Məleykə Abbaszadə “Qiymətləndirmə Sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfransında deyib.
O vurğulayıb ki, hələ Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən strateji xətt nəticəsində bu yanaşma konkret institusional qərarlarla reallaşdırılıb.
Çıxış zamanı Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən milli təhsilin inkişafına və gənclərə göstərilən dəstək xüsusi qeyd olunub. Bildirilib ki, təhsil mühitinin modernləşdirilməsinə yönəlmiş təşəbbüslər daha ədalətli və humanist qiymətləndirmə sisteminin formalaşmasına mühüm töhfə verib.
Sədr əlavə edib ki, cəmiyyətlə ən vacib məsələdə – ədalətli qiymətləndirmə prinsiplərinin təmin olunması istiqamətində ortaq mövqe formalaşıb. Onun sözlərinə görə, qiymətləndirmə mexanizmlərinin daim təkmilləşdirilməsi istedadların üzə çıxarılmasına və sosial ədalətin təmininə xidmət edir.
Qeyd olunub ki, son 10 il ərzində imtahan prosesində 6 milyondan çox vətəndaş iştirak edib. Bu göstəricinin sadəcə statistika deyil, bütöv bir nəslin təhsil və həyat trayektoriyasını əks etdirdiyi vurğulanıb. Bildirilib ki, DİM artıq yalnız ali təhsil müəssisələrinə qəbul mexanizmi deyil, həm də cəmiyyətdə ədalət infrastrukturunun mühüm elementinə çevrilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB