Azərbaycanda tələbə qəbulu və təhsil kreditləri "mygov" üzərindən həyata keçiriləcək
Azərbaycanda təhsil müəssisələrinə tələbə qəbulu və təhsil tələbə krediti üzrə müraciətlərin həyata keçirilməsi prosesi rəqəmsallaşdırılır.
SİA-nın əldə etdiyi məlumata görə, təhsil müəssisələrinə elektron tələbə qəbulu xidmətinin Elektron Hökumət İnformasiya Sistemi (EHİS) ilə inteqrasiyasının 2026-cı il iyunun 20-dək təmin edilməsi planlaşdırılır.
Bu çərçivədə xidmətin mövcud iş axını iyunun 30-dək təqdim ediləcək. Daha sonra təkmilləşdirmələr nəzərə alınmaqla yeni iş axınının hazırlanaraq iyulun 18-dək razılaşdırılması nəzərdə tutulur.
Xidmətin iyulun 1-dək mygov platforması üzərindən istifadəyə verilməsi planlaşdırılır.
Eyni zamanda, təhsil tələbə krediti üzrə müraciətlərin də elektronlaşdırılması istiqamətində işlər aparılır. Bu xidmətin EHİS-ə inteqrasiyasının 2026-cı il mayın 1-dək təmin edilməsi nəzərdə tutulur.
Layihə çərçivəsində mövcud iş axınının da mayın 1-də təqdim olunması planlaşdırılır, təkmilləşdirilmiş yeni iş axını isə iyunun 6-dək razılaşdırılacaq.
Hər iki xidmət üzrə işlər Elm və Təhsil Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB