Martın 11-də elm və təhsil naziri Emin Əmrullayev Şuşa şəhərində vətəndaşlarla görüşüb.
Elm və Təhsil Nazirliyindən SİA-ya bildirilib ki, görüşdə Şuşa, Xankəndi və Xocalı sakinləri iştirak ediblər. Vətəndaşlar iş yerinin dəyişdirilməsi, işə qəbul, sertifikatlaşdırma və digər məsələlərlə bağlı müraciətlər ediblər.
Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB