Sahibkarlığa yönəldilmiş dövlət investisiyalarının səmərəliliyi üzrə tədqiqatlar aparılıb
Bakı Dövlət Universitetində sahibkarlığa yönəldilmiş dövlət investisiyalarının səmərəliliyinin qiymətləndirilməsinə dair elmi tədqiqatlar aparılıb.
BDU-dan SİA-ya bildirilib ki, Coğrafiya fakültəsində “Azərbaycanda sahibkarlığa yönəldilmiş dövlət investisiyalarının səmərəliliyinin qiymətləndirilməsi” mövzusu üzrə araşdırmalar həyata keçirilib.
Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası kafedrasının müdiri dosent Saleh Nağıyev kiçik və orta sahibkarlığın inkişafına yönəldilən dövlət investisiyalarının əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, son illər həyata keçirilən iqtisadi islahatlar sahibkarlığın inkişafına müsbət təsir göstərib, iqtisadi artımın və məşğulluğun təmin olunmasında bu sahənin rolunu gücləndirib. Bildirilib ki, rəqabətqabiliyyətli istehsalın genişləndirilməsi və keyfiyyətli məhsul bolluğunun yaradılması baxımından sahibkarlığın daha da inkişaf etdirilməsi vacibdir.
İqtisadi və sosial coğrafiya kafedrasının müəllimi Nuranə Əliyeva tədqiqatlar çərçivəsində dövlət investisiyalarının sahibkarlıq subyektlərinin inkişafına təsirinin elmi üsullarla təhlil edildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, araşdırmalar zamanı reqressiya, korrelyasiya və digər kəmiyyət metodlarından istifadə olunub, həmçinin regional xüsusiyyətlər və investisiyaların səmərəliliyinə təsir edən daxili və xarici amillər qiymətləndirilib.
Professorlar Məqsəd Qocamanov, Çingiz İsmayılov, Aydın İbrahimov və coğrafiya elmləri doktoru Şəkər Məmmədova mövzunun aktuallığını vurğulayaraq, bu istiqamətdə elmi araşdırmaların davamlı olmasını məqsədəuyğun hesab ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB