Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinə yeni təyin olunmuş direktorlar üçün onlayn təlim-seminarlar keçirilir.
BŞTİ-dən SİA -ya bildirilib ki, ilk təlimlər ictimaiyyətlə əlaqələr işinin səmərəli təşkili, hüquq, kargüzarlıq və vətəndaşlara xidmət sahəsində müasir yanaşmaların tətbiqinə həsr olunub.
Təhsil idarəsinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov “İctimaiyyətlə əlaqələr işinin səmərəli təşkili və vahid informasiya mübadiləsinin təmin olunması” mövzusunda təqdimatla çıxış edib. Təlim zamanı ümumi təhsil müəssisələrində ictimaiyyətlə əlaqələrin düzgün qurulması, informasiya mübadiləsinin vahid mexanizm üzrə təşkili, media ilə əməkdaşlıq prinsipləri və kommunikasiya strategiyalarından bəhs olunub.
İdarənin Hüquq, kargüzarlıq və vətəndaşlarla iş sektorunun müdiri Kamran Əliyev yeni təyin olunmuş məktəb direktorları ilə sənədləşmə işində operativlik və dəqiqliyin qorunması, normativ-hüquqi aktların tələblərinə riayət olunması, eləcə də vətəndaş məmnuniyyətinin təmin edilməsinin vacibliyi barədə söhbətlər aparıb.
Daha sonra direktorları maraqlandıran suallar cavablandırılıb, müvafiq tövsiyələr verilib.
Təlim-seminarların müxtəlif istiqamətlər üzrə davam etdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, təlim-seminarların keçirilməsində əsas məqsədi yeni təyin olunmuş məktəb direktorlarının idarəetmə bacarıqlarının inkişaf etdirilməsi, fəaliyyətlərinin mövcud qaydalara və normativ sənədlərə uyğun təşkili, eləcə də təlim-tərbiyə prosesinin keyfiyyətinin yüksəldilməsinə yönəlmiş müasir idarəetmə mexanizmləri barədə məlumatlandırılmasından ibarətdir.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB