"2025-ci ildə 159 zal nəzarətçisi köçürməyə şərait yaratdığına görə bazadan çıxarılıb" - DİM
Nəzarətçilər bazasının 81 faizi riyaziyyat, ingilis dili, kimya, coğrafiya, biologiya, fizika, tarix, ibtidai sinif müəllimliyi ixtisaslarına, eləcə də pedaqoji profilli olmayan digər ixtisaslara malik şəxslərdən formalaşıb.
SİA xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Təşkilati-metodik təminat, təlimlər və regional bölmələrlə iş şöbəsinin müdiri Adıgözəl Həbibov Dövlət İmtahan Mərkəzində imtahan rəhbərləri və nəzarətçilərinin mükafatlandırılması tədbirində çıxışı zamanı deyib.
O bildirib ki, cari ildə nəzarətçilərin sayına 2022, 2023 və 2024-cü illərlə müqayisəli baxış aparıldıqda müəyyən dəyişikliklər müşahidə olunur. Belə ki, ibtidai sinif müəllimliyi, tarix və ingilis dili ixtisasları üzrə nəzarətçilərin sayında azalma qeydə alınıb. Coğrafiya, kimya, ana dili və ədəbiyyat, idman, texnologiya, rus dili və ədəbiyyatı, digər xarici dillər üzrə göstəricilər əsasən sabit qalıb. Riyaziyyat, musiqi, rəsm, psixologiya və digər pedaqoji profilli olmayan ixtisaslar üzrə əvvəlki illərdə sabitlik müşahidə edilsə də, cari ildə azalma baş verib.
Regionlar üzrə paylanmaya toxunan Adıgözəl Həbibov qeyd edib ki, nəzarətçilər bazasının 32,3 faizi Bakı şəhərinin payına düşür. Gəncə Regional Bölməsi üzrə bu göstərici 8,6 faiz, Sumqayıt və Abşeron üzrə isə 8,3 faiz təşkil edir. Digər regional bölmələr üzrə paylanma isə 5,0 faizlə 7,6 faiz arasında dəyişir.
Şöbə müdiri vurğulayıb ki, təqdim olunan statistik göstəricilər nəzarətçilər bazasının həm ixtisas, həm də regional strukturunda baş verən tendensiyaları aydın şəkildə əks etdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB