“Nəzarətçilər bazasının 81%-i əsasən 8 ixtisas üzrə formalaşıb” - Adıgözəl Həbibov
Nəzarətçilər bazasının 81 faizi riyaziyyat, ingilis dili, kimya, coğrafiya, biologiya, fizika, tarix, ibtidai sinif müəllimliyi ixtisasları, eləcə də pedaqoji profilli olmayan digər ixtisaslara malik şəxslərdən ibarətdir.
SİA xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Təşkilati-metodik təminat, təlimlər və regional bölmələrlə iş şöbəsinin müdiri Adıgözəl Həbibov Dövlət İmtahan Mərkəzində imtahan rəhbərləri və nəzarətçilərinin mükafatlandırılması tədbirində çıxışı zamanı deyib.
O bildirib ki, cari il nəzarətçi sayına 2022, 2023 və 2024-cü illərlə müqayisəli baxış zamanı müəyyən dəyişikliklər müşahidə olunur. Belə ki, ibtidai sinif müəllimliyi, tarix və ingilis dili ixtisasları üzrə nəzarətçilərin sayında azalma qeydə alınıb. Coğrafiya, kimya, ana dili və ədəbiyyat, idman, texnologiya, rus dili və ədəbiyyatı, digər xarici dillər üzrə göstəricilər əsasən sabit qalıb. Riyaziyyat, musiqi, rəsm, psixologiya və pedaqoji profilli olmayan digər ixtisaslar üzrə isə əvvəlki illərdə sabitlik müşahidə olunsa da, cari ildə azalma qeydə alınıb.
Regionlar üzrə paylanmaya toxunan Adıgözəl Həbibov qeyd edib ki, nəzarətçilər bazasının 32,3 faizi Bakı şəhərinin payına düşür. Gəncə Regional Bölməsi üzrə bu göstərici 8,6 faiz, Sumqayıt və Abşeron üzrə isə 8,3 faiz təşkil edir. Digər regional bölmələr üzrə paylanma isə 5,0 faizlə 7,6 faiz arasında dəyişir.
Şöbə müdiri vurğulayıb ki, təqdim olunan statistika nəzarətçilər bazasının ixtisas və regional strukturunda baş verən dəyişiklikləri aydın şəkildə əks etdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB