“Milli-mənəvi dəyərlərin məktəb dərslərinə daxil edilməsi mümkün ola bilər” - Vəfa Yaqublu
“Məktəblərdə milli-mənəvi dəyərlərlə bağlı dərslərin yaradılmasına böyük maraq olarsa, bu məsələ Dövlət Standartlarına daxil edilə bilər. Belə bir dəyişiklik və ya əlavə yalnız ümummilli səviyyədə qəbul olunmuş qərar əsasında, müvafiq qaydada müzakirə olunaraq normativ sənəd kimi təsdiqlənməlidir. Əgər bu sahəyə ciddi ictimai maraq olarsa, hazırlanmaqda olan yeni Dövlət Standartlarına əlavə edilə bilər".
SİA xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu Bakıda Elm və Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən “Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər” mövzusunda konfransın panel müzakirəsi zamanı bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB