“Peşə seçimi” testlərində iştirak etmək üçün qeydiyyat başa çatır

Dövlət İmtahan Mərkəzi (DİM) 8-ci və yuxarı sinif şagirdləri üçün “Peşə seçimi" alətindən yararlanmaq imkanı təqdim edir. Bu barədə SİA-ya DİM-dən bildirilib. Qeyd olunub ki, “Peşə seçimi” aləti şagirdlərin maraq və bacarıqlarına uyğun peşələri müəyyənləşdirməyə kömək edən diaqnostik platformadır.

Bu alət aşağıdakı üç əsas istiqaməti əhatə edir:

1. Təfəkkür növləri üzrə test

2. Şəxsi xüsusiyyətlər testi

3. Peşə maraqları testi

Testdən keçdikdən sonra nəticələr dərhal hesablanır və iştirakçının göstərdiyi elektron poçt ünvanına göndərilir.

İmtahan dekabrın 10-da DİM-in elektron imtahanlar korpusunda saat 10:00 və 14:00 olmaqla iki növbədə təşkil olunacaq.

Testdə iştirak etmək üçün qeydiyyat dekabrın 9-da saat 18:00-dək davam edəcək.

https://exidmet.dim.gov.az/elimt/peshe

Bu testlər artıq Elm və Təhsil Nazirliyi, həmçinin Gənclər və İdman Nazirliyi tərəfindən bir neçə layihə çərçivəsində uğurla tətbiq edilib və praktiki səmərəliliyi təsdiqlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə