“Son dörd ilin məlumatlarına əsasən, ali məktəblərə müəllimlik ixtisaslarına qəbul balı 500 baldan aşağıdır və orta bal 4,90 civarındadır. Bu da göstərir ki, müəllim hazırlığında keyfiyyət çatışmazlığı mövcuddur və yaxın illərdə 200-250 yeni müəllimə ehtiyac yaranacaq. Bu səbəbdən qəbul meyarları sərtləşdirilməli və yeni dərsliklərin hazırlanmasına ciddi elmi yanaşma tətbiq edilməlidir”. SİA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyasına həsr olunmuş konfransda çıxışı zamanı bildirib.
Nazir həmçinin qeyd edib ki, qiymətləndirmə sistemində təkcə faktların əzbərlənməsi yox, praktik bacarıqların ölçülməsi daha vacibdir: “Bəzi tələbələrin yüksək nəticəsi ilə real bacarıqları arasında uyğunsuzluq var. Yazılı və şifahi nitqin inkişafı, dil üzrə bacarıqların təkmilləşdirilməsi ümumi təhsil sisteminin əsas hədəflərindən biridir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB