Dərslik və müəllim hazırlığında problemlər - Emin Əmrullayev

Emin Əmrullayev dərslik və müəllim hazırlığı ilə bağlı mövcud vəziyyətlə bağlı öz fikirlərini bildirib: “Mövcud dərsliklər əsasən ayrı-ayrı mənbələrə və səthi yanaşmalara əsaslanır. Ortaq konsepsiyaya, elmi əsaslara və effektiv metodlara uyğun dərsliklər hazırlanmalıdır. Bununla yanaşı, müəllim hazırlığında da ciddi çatışmazlıqlar var. Son dörd ilin statistikası göstərir ki, ali məktəblərə müəllimlik ixtisaslarına qəbul balı çox aşağıdır və gələcəkdə 200-250 yeni müəllimə ehtiyac yaranacaq. Bu səbəbdən müəllim hazırlığında keyfiyyət artırılmalı, qəbul meyarları sərtləşdirilməli və yeni dərsliklər üzərində ciddi elmi iş aparılmalıdır”. SİA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyasına həsr olunmuş konfransda çıxışı zamanı bildirib.

Nazir əlavə edib ki, təhsil sistemində yalnız nəzəri biliklərin deyil, praktik bacarıqların da ölçülməsi prioritet olmalıdır: “Məktəblərdə müəllim, proqram və qiymətləndirmə sisteminin uyğun fəaliyyəti tələb olunur. Bu sahədə ciddi planlama və islahatlar aparılmalıdır”.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə