5 Dekabr – Beynəlxalq Könüllülər Günü münasibətilə AMEA Arxeologiya və Antropologiya İnstitutunda I və II dövr “Könüllülük Proqramı” çərçivəsində təlim prosesində iştirak etmiş müəllim heyəti üzvlərinin, I dövr “Könüllülük Proqramı” çərçivəsində “Yay könüllü heyəti” tərkibində fərqlənmiş könüllülərin mükafatlandırma mərasimi keçrilib.
SİA-nın məlumatına görə, bu barədə institutdan bildirilib. Arxeologiya və Antropologiya İnstitutunun direktoru dosent Fərhad Quliyev bildirib ki, layihənin əsas məqsədi Azərbaycan xalqının tarixi maddi-mədəni irsinə maraq göstərən və arxeoloqlarla çalışmaq istəyən gənclərin bu sahədə təcrübəsini təşkil etmək olub. “Mən çox şadam ki, gənclər bu layihədə həvəslə iştirak edirlər. Könüllülərin məhz bizim İçərişəhərdə fəaliyyət göstərən muzeyimizdə təcrübə keçməsi böyük əhəmiyyətə malikdir. Çünki İçərişəhərin ölkə daxilində muzeyşünaslıq sahəsində tutduğu xüsusi mövqe və eyni zamanda, turistlərin marağına səbəb olan məkan olaraq onun üstünlüyü könüllülər üçün daha böyük perspektivlər açacaq. Bu proqramda iştirak etdiyiniz üçün sizə təşəkkür edirik və biz bu təşəbbüsü davam etdirəcəyik. Bu gün həm də Beynəlxalq Könüllülər Günüdür. Bizim bu proqramın yekun tədbirinin bu günə salınması da təsadüfi deyil”, – deyə F.Quliyev əlavə edib.
Daha sonra proqramın yay dövrü üzrə könüllülərin iştirakçısı olduğu tədbirləri işıqlandıran videoçarx nümayiş etdirilib.
Könüllülük proqramında təlimçi kimi iştirak etmiş Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Yaqub Məmmədov çıxışında könüllülərin gələcəkdə arxeoloji qazıntılarda iştirsakının təmin olunmasının vacibliyini bidirərək, bunun onların həyatında böyük rol oynayacağını vurğulayıb.
Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi dosent Sevinc Nəsirova çıxışında layihənin könüllülərə arxeologiya sahəsində xeyli bilgilər verdiyini qeyd edib. “Təlimçi olaraq mən də bu işdən böyük zövq aldım. Biz könüllülərə maddi mədəni irsimiz, tarixi abidələrimiz haqqında sevə-sevə məlumat verdik”, – deyə S.Nəsirova bildirib.
“Yay könüllü heyəti” tərkibində fərqlənmiş könüllülərdən olan Azərbaycan Kooperasiya Universiteti Marketinq və menecment fakültəsinin tələbəsi Fidan Əşrəfli layihəyə qəbul olunduğu üçün təşkilatçılara minnətdarlığını bildirib, Azərbaycan tarixinin təbliği üçün təkliflər verib.
Milli Azərbaycan Tarixi Muzeyi Arxeologiya Elmi Fond şöbəsinin müdiri dosent Nasir Quluzadə qeyd edib ki, könüllülərin içərisində gələcəkdə arxeologiya sahəsinə gəlmək istəyən gənclər olacaq: “Bu layihədə iştirak etmək mənim üçün sevindirici haldır və gələcəkdə də bu layihədə iştirak etmək istərdim”.
Daha sonra təlim prosesində iştirak etmiş müəllim heyəti üzvləri təşəkkürnamələrlə, fərqlənmiş könüllülər isə sertifikatlar və diplomlarla mükafatlandırılıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB