2027-2030-cu illərdə dual təhsil (iş yerində öyrənmə) üzrə normativ-hüquqi bazanın hazırlanması planlaşdırılır. SİA xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşə təhsili sektorunun aparıcı məsləhətçisi Rəbiyyə Museyibzadə məlumat verib.
O bildirib ki, dual təhsil üzrə tənzimləyici normativ-hüquqi bazanın olmaması müəyyən çətinliklər yaradır: “Bu çətinliklərin aradan qaldırılması istiqamətində 2027-2030-cu illər ərzində sözügedən təhsil sistemində normativ-hüquqi bazanın hazırlanması planlaşdırılır. Bunun üçün ilk növbədə dual təhsilin “Peşə təhsili haqqında” Qanuna inteqrasiya edilməsi lazımdır. Həmçinin dual təhsilin keçirilməsi üzrə çərçivə sənədlərin hazırlanması, peşə təhsili müəssisələrinin və işəgötürənlərin öhdəliklərinin müəyyənləşdirilməsi, təhsilalanların və təhsilverənlərin əməyinin ödənişi üzrə tənzimləyici qaydaların tərtib edilməsi, keyfiyyətin ölçülməsi üzrə mexanizmlərin müəyyənləşdirilməsi, təhsilalan və təhsilverənlərin etik davranış kodeksinin hazırlanması əsas hədəflərdəndir.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB