"Ümumiyyətlə, şagirdlərin təhsil müəssisələrindən, xüsusilə də orta ümumi təhsil məktəblərində oxuyan şagirdlərin orta məktəbdən yayınmasının əsas səbəbi əlbəttə ki, tədris məsələsidir". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.

Onun sözlərinə görə, xüsusilə də yuxarı sinif şagirdlərinin daha çox orta məktəbə getmək istəməməsi, onların ali təhsil müəssisələrinə qəbul imtahanı proqramları ilə məktəb proqramlarının üst-üstə düşməməsidir: "Yəni, şagird orta məktəbdən niyə ayrılmaq istəyir? Əlbəttə ki, lazım olan məlumatları almaq üçün. Amma çox təəssüf ki, hazırda yuxarı sinifdə oxuyan bir şagirdin tədris proqramı ali məktəbə qəbul imtahanlarının proqramları ilə tam üst-üstə düşmür, ciddi əskikliklər var. Məsələn, 11-ci sinifdə oxuyan şagird Azərbaycan dilindən yalnız Dövlət İmtahan Mərkəzinin qəbul imtahanı proqramının 5 faizini öyrənir. Əgər 40 mövzu varsa, 11-ci sinifdə onlardan yalnız 3–4 mövzu tədris olunur. Digər mövzular isə 5-ci, 6-cı, 7-ci, 8-ci, 9-cu və 10-cu siniflərdə verilir.
Bu səbəbdən 11-ci sinif şagirdi ali məktəbə hazırlaşmaq üçün sıfırdan bütün mövzuları öyrənməlidir. Lakin məktəbdə bu imkanı yoxdur, çünki əvvəlki siniflərdə oxuduğu mövzuları unudur; bu da normaldır. Uşağın 5–6 il əvvəl oxuduğu mövzular yaddaşda qalmaya bilər. Beləliklə, o, bu mövzuları yenidən öyrənməli və ali məktəb qəbul səviyyəsində mənimsəməlidir.
Buna görə də, qəbul imtahanlarına hazırlanan gənclər məktəbdən lazımi bilik ala bilmədikləri üçün repetitor yanına gedir və ya hazırlıq kurslarına yazılırlar. Bu isə onların üzərində əlavə yük yaradır və başqa çıxış yolu demək olar ki, yoxdur.
Buna görə də yuxarı siniflərdə, xüsusən 10–11-ci siniflərdə tədris proqramını ali təhsil müəssisələrinin qəbul imtahanları proqramına uyğunlaşdırmaq vacibdir. Bu halda şagirdlər orta məktəbdən yayınmaq istəməyəcək və məktəbə daha çox gələcəklər.
Hazırda çoxları yuxarı siniflərdə məktəb rəhbərliyi ilə razılaşaraq məktəbdən yayına bilir və ya müxtəlif səbəblərlə dərsdən qaçmağa çalışırlar. Bunun qarşısını almağın ən yaxşı yolu yuxarı siniflərdə proqramın qəbul imtahanı proqramları ilə tam uyğunlaşdırılmasıdır.
Bu tədbir nəticəsində şagirdlər orta məktəbə gəlməyə həvəslənəcək və məktəbdən yayınmaq azalmış olacaq. Beləliklə, orta ümumi təhsil məktəbinə şagird cəlb etmək mümkün olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB