Növbəti qlobl reytinq - UNEC-in növbəti birinciliyi!

UNEC beynəlxalq elmi reytinqlərdə növbəti dəfə böyük uğura imza atıb.

Times Higher Education (THE) tərəfindən açıqlanan Sahələrarası Elm Reytinqi 2026 (Interdisciplinary Science Rankings 2026) nəticələrinə əsasən, UNEC Azərbaycan və Cənubi Qafqazda 1-ci, dünya universitetləri arasında isə 351-400-cü pilləyə yüksəlib. Bu nəticə ilə UNEC sahələrarası elmin inkişafında tanınmış ali təhsil müəssisələri sırasına daxil olub.

Bu uğur “UNEC-100” İnkişaf Strategiyasına uyğun olaraq həyata keçirilən ardıcıl tədbirlərin real bəhrəsidir. Strategiya çərçivəsində UNEC-də tədqiqat universiteti statusunun möhkəmləndirilməsi, sahələrarası elmi məktəblərin gücləndirilməsi, yüksək impakt faktorlu nəşrlərin sayının artırılması və innovasiya mərkəzi kimi fəaliyyətin genişləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib. Məhz bu reytinqdə yer almaq UNEC-in beynəlxalq elmi reputasiyasının möhkəmlənməsinə, dünyanın nüfuzlu universitetləri ilə əməkdaşlıq imkanlarının genişlənməsinə, istedadlı magistr və doktorantların, eləcə də beynəlxalq elmi layihələrin cəlb edilməsinə təkan verəcək.

Ən önəmlisi isə bu nailiyyət Prezident İlham Əliyevin “dünya səviyyəli universitet olmaq” tapşırığının icrası istiqamətində UNEC-in atdığı böyük addımdır.

Bütün xəbərlər Facebook səhifəmizdə