Mingəçevir Şəhər İcra Hakimiyyəti və Mingəçevir Dövlət Universitetinin (MDU) birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Konstitusiya Gününə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda elmi-praktik konfrans keçirilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin hörmətlə anıblar.
Universitetin akt zalında keçirilən konfrans Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca “Azərbaycanın ilk Konstitusiyası” adlı videoçarx nümayiş etdirilib.
Konfransda çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən ilk milli Konstitusiyanın Azərbaycanın müstəqil dövlət kimi siyasi və hüquqi əsaslarının möhkəmlənməsində tarixi rolundan danışıb. Vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə formalaşan dövlət idarəetmə sistemi, hüquqi dövlət və vətəndaş cəmiyyəti prinsipləri bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında daha da inkişaf etdirilir və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilir. “Konstitusiya və Suverenlik İli”nin elan edilməsinin müstəqilliyimizin 30 ildən artıq inkişaf yoluna və 2020-ci ildə Vətən müharibəsində əldə edilən tarixi Zəfərin beşillik yubileyinə dərin məna qatdığı da vurğulanıb.
MDU-nun rektoru Anar Eminov çıxış edərək bildirib ki, 1995-ci ildə qəbul olunan Konstitusiya Azərbaycanın dövlət müstəqilliyinin ideya, hüquqi və siyasi təminat sənədidir. Bu sənədin hər bir maddəsində Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin dərin izləri görünür, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması, qanunun aliliyi, hakimiyyət bölgüsü və demokratiyanın əsas prinsipləri bu Konstitusiyanın ruhunu təşkil edir. Anar Eminov, həmçinin qeyd edib ki, bugünkü müasir Azərbaycanın bütün nailiyyətləri məhz həmin hüquqi-siyasi təməl üzərində formalaşıb. Universitet gənclərinin də dövlətçiliyimizin bu dəyərləri əsasında yetişməsi MDU-nun təhsil siyasətinin əsas istiqamətlərindəndir.
Milli Məclisin deputatı Əli Hüseynli diqqətə çatdırıb ki, Konstitusiya ölkəmizin hüquqi sisteminin əsasını təşkil etməklə yanaşı, cəmiyyətin demokratik inkişaf modelini müəyyənləşdirib. Bu sənədin qəbulundan sonra Azərbaycanın qanunvericilik bazası tamamilə yenilənib, vətəndaş cəmiyyəti institutları möhkəmlənib, dövlət orqanlarının fəaliyyəti şəffaflıq və hesabatlılıq prinsiplərinə əsaslanıb.
Mingəçevir şəhər prokuroru, baş ədliyyə müşaviri Pərvin Quliyev çıxışında qeyd edib ki, Konstitusiya yalnız dövlətin idarə prinsiplərini müəyyənləşdirmir, eyni zamanda, vətəndaşların hüquqlarının qorunmasının ən ali təminat sənədidir. Hüquqi maarifləndirmə və qanunçuluğun möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər məhz Konstitusiyanın ruhuna uyğun olaraq aparılır.
Universitetin Təhsil fakültəsinin dekan müavini Aygün Qədirova isə bildirib ki, Konstitusiyanın qəbulundan sonra ölkədə hüquqi dövlətin qurulması, təhsil və sosial sahələrdə islahatların aparılması, vətəndaş cəmiyyəti institutlarının formalaşması Ulu Öndərin dövlətçilik ideyalarının uğurlu nəticəsidir. O, çıxışında xüsusilə gənc nəslin hüquqi biliklərinin artırılmasının və konstitusiya dəyərlərinə hörmətin formalaşdırılmasının vacibliyini qeyd edib, bu istiqamətdə MDU-da həyata keçirilən maarifləndirici tədbirləri diqqətə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB