Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev, Nəzəri fizika kafedrasının müdiri Məmməd Rəcəbov, Optika və molekulyar fizika kafedrasının baş müəllimi Lətif Əliyev və tələbələri fakültənin şəhid məzunu Fikrət Zeynallının Tovuz rayonunun Aşağı Öysüzlü kəndində məzarını ziyarət edib, ailəsinə baş çəkiblər.
SİA-nın məlumatına görə, BDU-dan bildirilib ki, fakültənin müəllimləri Fikrət Zeynallı barədə xatirələrini bölüşüblər. Kənd bələdiyyə nümayəndələri və orta məktəbin müəllimləri Fikrət Zeynallının Vətən müharibəsi dövründə nümayiş etdirdiyi qəhrəmanlıqdan danışıblar. Fakültənin əməkdaşları Aşağı Öysüzlü kəndində yaradılmış Fikrət bulağına da baş çəkiblər.
Qeyd edilib ki, Fikrət Zeynallı 1995-ci il fevralın 23-də Tovuz rayonunun Aşağı Öysüzlü kəndində anadan olub. 2012-2016-cı illərdə BDU-nun Fizika fakültəsində təhsil alıb. Fikrət Zeynallı Vətən müharibəsi zamanı Şuşa və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. 2020-ci il noyabrın 9-da Xocavənd döyüşləri zamanı şəhid olub. Tovuz rayonunun Aşağı Öysüzlü kəndində dəfn olunub. O, ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB