Azərbaycan Elm Fondu (AEF) tərəfindən “İlin alimi – 2025” mükafat müsabiqəsinə start verilib. Fonddan SİA-ya bildirilib ki, müsabiqənin əsas məqsədi ölkəmizdə elmin inkişafına töhfə vermiş alim və tədqiqatçıların fəaliyyətini qiymətləndirmək, onların elmi nailiyyətlərini ictimaiyyətə təqdim etmək və beynəlxalq elmi əməkdaşlığı gücləndirməkdir.
Azərbaycan Elm Fondunun əsas prioritetlərindən biri şəffaflıq və obyektivlik prinsiplərinin tam təmin edilməsidir. Müsabiqənin tam şəffaflığını təmin etmək məqsədilə alimlər və ya alimlər qrupları təqdim etdikləri elmi işləri beynəlxalq qiymətləndirmə meyarlarına əsaslanaraq özləri də dəyərləndirə bilərlər. Bu yanaşma iştirakçılara öz elmi fəaliyyətlərini açıq və şəffaf şəkildə qiymətləndirmək imkanı yaradır və müsabiqənin obyektiv keçirilməsinə əlavə zəmanət verir.
Müsabiqəyə 2025-ci ilin yanvar-noyabr ayları arasında xarici nüfuzlu jurnallarda (SCİ və digər beynəlxalq indeksli nəşrlərdə) dərc olunmuş elmi işlər qəbul olunur.
İştirakçılar noyabrın 12-dən 21-dək sənədlərini Azərbaycan Elm Fonduna təqdim etməlidirlər.
Müsabiqə nəticəsində qaliblər aşağıdakı kateqoriyalar üzrə mükafatlandırılacaqlar:
Alim və tədqiqatçılar üçün:
∙ I yer – 2500 AZN
∙ II yer – 2000 AZN
∙ III yer – 1500 AZN
Gənc alimlər (35 yaşadək) üçün:
∙ I yer – 1500 AZN
∙ II yer – 1000 AZN
∙ III yer – 500 AZN
Qaliblər dekabr ayında keçiriləcək xüsusi təqdimat mərasimində mükafatlandırılacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB