X siniflərə qeydiyyat üçün gecikən şagirdlərin qəbulu dayandırılacaq

Müxtəlif səbəblərdən 10-cu siniflərə qeydiyyat üçün gecikən şagirdlərin qəbulu noyabrın 7-si saat 15:00-da dayandırılacaq. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən SİA-ya bildirilib ki, proses “sy.edu.az” sistemi vasitəsilə həyata keçirilir. Şagirdlər və valideynlərdən son müraciət tarixini nəzərə almaları xahiş edilir.

Qeyd edilən tarixədək övladlarının qeydiyyatı üçün sistemdə sorğusu təsdiqlənmiş valideynlər müvafiq sənədlərlə məktəbə yaxınlaşaraq qəbul mərhələsini yekunlaşdıra bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə