“Mahirə Hüseynova dilçilik sahəsində ölkəmizin aparıcı tədqiqatçılarındandır“ - ADPU-nun rektoru

“Professor Mahirə Hüseynova dilçilik sahəsində ölkəmizin aparıcı tədqiqatçılarındandır. Onun Azərbaycan dilinin fonetik, morfoloji, leksik və sintaktik sistemlərinin dərin elmi-nəzəri təhlilinə həsr olunmuş elmi araşdırmaları,xüsusilə aşıq və el şairlərinin dili üzərində apardığı tədqiqatlar milli dilin poetik qatları və üslubi imkanlarınıyeni rakursdan elmi müstəviyə çıxarmışdır. Mahirə xanımın müəllifi olduğu monoqrafiya, dərslik və metodik vəsaitlər ali təhsildə mühüm elmi-metodik mənbə kimi istifadə olunur”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı ADPU-nun rektoru Cəfər Cəfərov deyib.

O bildirib ki, Mahirə xanımın elmi-pedaqoji fəaliyyətlə yanaşı, universitetin beynəlxalq əlaqələrinin inkişafına verdiyi töhfələr yüksək qiymətə layiqdir: “Onun rəhbərliyi və təşəbbüsləri nəticəsində ADPU-nun bir çox xarici ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələri möhkəmlənmiş, universitetin beynəlxalq səviyyədə imici daha da artmışdır. Xüsusilə türk dünyası universitetləri ilə elmi və akademikəlaqələrin qurulmasında professor Mahirə Hüseynovanın şəxsi səyləri və təşəbbüsləri xüsusi qeyd olunmalıdır.

Eyni zamanda, Mahirə xanımın ədəbi yaradıcılığı və ictimai fəaliyyəti də onun çoxşaxəli şəxsiyyətini tamamlayır. “Mahirə Nağıqızı” imzası ilə nəşr olunan poetik və publisistik əsərləri onun dərin düşüncəsini, milli-mənəvi dəyərlərə bağlılığını və humanist baxışlarını əks etdirir. Bu, onun həm alim, həm ziyalı, həm də mənəvi dəyərləri qoruyan bir şəxs kimi cəmiyyətimizdə qazandığı hörməti daha da möhkəmləndirmişdir.”

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə