Naxçıvanda tədris ilinin ilk buraxılış qiymətləndirmə monitorinqi keçirilib
IX, XI siniflər üçün tədris ilinin ilk buraxılış qiymətləndirmə monitorinqi keçirilib. SİA xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən noyabrın 2-də şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi məqsədilə IX, XI siniflər üçün buraxılış imtahanları modelinə uyğun olaraq tədris ilinin ilk buraxılış qiymətləndirmə monitorinqi keçirilib.
Monitorinqdə 8 mindən artıq şagird iştirak edib.
Monitorinq “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən yaradılan Monitorinq Mərkəzinin imkanlarından istifadə olunaraq təşkil olunub.
Qeyd edək ki, qiymətləndirmə monitorinqində rayonlar üzrə ən yüksək nəticə göstərən şagirdlərimiz tərəfdaş şirkətlər tərəfindən mükafatlandırılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB