Folklor İnstitutunda Qarabağ Zəfərinin 5 illiyinə həsr olunmuş elmi sessiya və film təqdimatı keçirilib - FOTOLAR
Sonda akademik Teymur Kərimli elmi sessiyanın yüksək səviyyədə təşkil olunduğunu və məruzələrin dərin elmi təhlilləri ilə zəfərin müxtəlif aspektlərini ortaya qoyduğunu vurğulayıb. O, həmçinin çəkilən filmin peşəkarlıqla hazırlandığını və xüsusi intellektual yanaşmalar əsasında ərsəyə gəldiyini qeyd edib. Filmin yaradıcı heyətinə – Folklor studiyasının rəhbəri Mahir İbrahimov, filologiya üzrə fəlsəfə doktoru İlhamə Qəsəbova, Qasım Nağıyev, İffət Əsgərov və Əlisəfdər Məmmədova təşəkkür edilib. Tədbirin sonunda 44 günlük Vətən müharibəsinin iştirakçıları polkovnik Eldəniz Zeynalov və polkovnik-leytenant Elşən Qasımov “Qırx dörd günün Zəfər dastanı” adlı filmin ərsəyə gəlməsində xidmətlərinə görə Folklor İnstitutunun fəxri fərmanı ilə təltif olunublar. AMEA-nın Folklor İnstitutunun təşkilatçılığı ilə Qarabağ Zəfərinin 5 illiyinə həsr olunmuş “Qırx dörd günün Zəfər dastanı” adlı elmi sessiya və film təqdimatı baş tutub. İnstitutdan SİA-ya bildirilib ki, sessiyanın açılışında AMEA Humanitar Elmlər Bölməsinin Elmi Şurasının sədr müavini akademik Teymur Kərimli Vətən müharibəsinin Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində tutduğu əvəzsiz yerdən və bu Zəfərin milli yaddaşda, folklor və ədəbiyyatda doğurduğu əks-sədadan danışıb. O, institutun bu mövzuda elmi sessiya təşkil etməsini elmi baxımdan əhəmiyyətli addım kimi dəyərləndirib. Akademik müharibənin və torpaqlarımızın işğaldan azad edilməsinin xalq yaradıcılığında doğurduğu rezonansın öyrənilməsinin vacibliyini qeyd edib. Həmçinin Zəfərin beş illiyinə həsr olunmuş tədbirlərdə yalnız qələbənin ictimai və mənəvi aspektlərinin deyil, həm də elmi baxımdan araşdırılmasının əhəmiyyətini önə çəkib.
Teymur Kərimli çıxışında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində həyata keçirilən hərbi əməliyyatların yüksək peşəkarlıq və dəqiqliklə icra olunduğunu vurğulayıb. O, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursu davam etdirən Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin, xüsusilə ordu quruculuğu və iqtisadi inkişaf sahəsində əldə etdiyi nailiyyətlərin bu möhtəşəm Zəfərin qazanılmasında həlledici rol oynadığını bildirib.
AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev Vətən müharibəsinin son iki əsrdə Azərbaycanın öz torpaqlarını geri qaytarması ilə nəticələnmiş mühüm tarixi hadisə olduğunu söyləyib. Alim bu şanlı Zəfərin əldə olunmasında Müzəffər Ali Baş Komandanın böyük sərkərdəlik istedadının, müdrik rəhbərliyinin və cəsarətinin mühüm rol oynadığını, Qalib Azərbaycan ordusunun şücaətini xüsusi qeyd edib, şəhidlərimizin qisasının alındığını vurğulayıb.
Hikmət Quliyev xalq yaradıcılığı rakursundan bu qələbənin metaforik olaraq “Zəfər dastanı” kimi adlandırıla biləcəyini vurğulayıb. O, həmin hadisələrin epik təfəkkürdə, kollektiv yaddaşda doğurduğu rezonansın folklorşünaslıq baxımından xüsusi elmi əhəmiyyət kəsb etdiyini bildirib.
Alim diqqətə çatdırıb ki, 44 günlük müharibə yalnız cəbhə xəttində deyil, sosial reaksiyanın ən çevik və vizual effektlərlə ifadə kanalı olan internet mühitində də paralel şəkildə gedib. Müzəffər Ali Baş Komandanın xarici mətbuat nümayəndələrinə bir neçə dildə 30-dan artıq müsahibə verməsi, xalqa müraciətləri bu mübarizənin mənəvi və simvolik planda da rezonans doğurmasına səbəb olub. Həmin dövrdə sosial mediada yaranan “mem”lər, komik və ironik folklorik nümunələr xalqın emosional reaksiyasının, milli həmrəyliyinin və kollektiv reaksiyasının təzahürüdür. O, əlavə edib ki, tTorpaqlarımızın 30 ilə yaxın müddətdə işğal altında qalması xalq düşüncəsində mənfi stereotiplər formalaşdırmış, lakin bu qələbə həmin psixoloji-sosial baryerləri aradan qalxmasına səbəb olmuşdur: “Alından ləkənin silinməsi”, “boyundan yükün götürülməsi”, “başı dik gəzmək” kimi ifadələr, əslində xalqın qələbəyə, torpaqların işğaldan azad olunmasına verdiyi kollektiv reaksiyanın metaforik-simvolik təzahürləridir”.
Hikmət Quliyev 44 günlük Vətən müharibəsinin folklorik hərbi diskursun tədqiqi üçün çoxsaylı faktlar doğurduğunu qeyd edib. Həmin günlər vahid semiotik proses kimi xalqın dilində, davranışında və düşüncəsində kollektiv emosional reaksiyaların, müharibə ilə bağlı metaforaların, qəhrəmanlıq və mübarizlik rəmzlərinin yenidən aktuallaşmasına səbəb olub. “Ali Baş Komandanın xilaskarlıq və sərkərdəlik missiyası xalq təfəkküründə mədəni qəhrəman arxetipini aktuallaşdırmış, onun obrazı kollektiv yaddaşda müasir qəhrəmanlıq modelinin simvoluna çevrilmişdir” – deyə alim fikrini yekunlaşdırıb.
Daha sonra “Qırx dörd günün Zəfər dastanı” adlı film nümayiş olunub. Film Vətən müharibəsinin şanlı qalibiyyətini və xalqımızın göstərdiyi mübarizliyi təsvir edərək, hadisələrin mədəniyyət və tarix baxımından yaddaşlara necə həkk olunduğunu nümayiş etdirib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin çıxışları, müharibənin həlledici anları, həmçinin ehtiyatda olan zabitlər – polkovnik Eldəniz Zeynalov və polkovnik-leytenant Elşən Qasımovun 44 günlük Vətən müharibəsində keçdikləri döyüş yolu barədə müsahibələrini əks etdirən kadrlar filmin emosional təsirini daha da gücləndirib.
Elmi sessiya çərçivəsində “Qarabağ folkloru: işğaldan Zəfərə”, “Qarabağ nağıllarında zaman və məkanın səciyyəsi”, “Qarabağ: folklor da bir tarixdir – folklor toplayıcılığında yeni mərhələ”, “Qarabağ əfsanələrində zaman konsepti” mövzularında məruzələr dinlənilib.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB