Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “AzərSun Holdinq”in birgə təşkilatçılığı ilə 1 noyabr – kənd təsərrüfatı işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib.
SİA xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov ölkəmizdə kənd təsərrüfatı sahəsinə göstərilən dövlət qayğısından, Azərbaycan Dövlət Aqrar Universitetinin peşəkar və istedadlı kadrların hazırlanmasında oynadığı mühüm roldan danışıb. O, xalqımızın torpağa bağlılığını, Qarabağ və Şərqi Zəngəzur bölgələrində aparılan bərpa və dirçəliş işlərini xüsusi vurğulayıb, kənd təsərrüfatı sahəsində fədakar fəaliyyət göstərən müəllim və mütəxəssislərə təşəkkürünü bildirib.
Tədbirdə “AzərSun Holdinq”in Kənd Təsərrüfatı müəssisə direktoru Rüstəm Rüstəmov, ADAU məzunu, holdinqin baytar-həkimi Rəhim Məmmədov, eləcə də “Agrodairy” MMC-nin baş aqronomu Nizami Kazımov çıxış edərək kənd təsərrüfatı sahəsinin ölkə iqtisadiyyatındakı əhəmiyyətindən, bu sahəyə olan diqqət və şəxsi təcrübələrindən danışıblar.
Tədbir universitetin yaradıcı kollektivinin hazırladığı bədii proqramla davam edib. Tələbələrin ifasında “Üzüm rəqsi”, “Kəndimiz”, “Pambıqçı qız” mahnıları və rəqs nömrələri təqdim olunub.
“AzərSun Holdinq”in İşə qəbul departamentinin əməkdaşı Orxan Yəhyayev çıxışında universitetlə əməkdaşlığın səmərəliliyini vurğulayıb, ADAU məzunlarının holdinqdə uğurlu fəaliyyətindən danışıb. O, gənc, ixtisaslı kadrların şirkətin fəaliyyətində xüsusi yer tutduğunu və bu peşə bayramının aqrar sektorda çalışan hər kəsin əməyinə verilən dəyərin göstəricisi olduğunu söyləyib.
Həmçinin şirkətin fəaliyyəti, istehsal sahələri və “Bizim Tarla” markası barədə təqdimat keçirilib. Sonda iştirakçılara holdinqin istehsalı olan məhsullardan ibarət xüsusi hədiyyə paketləri təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə
 
                         
                                                    
 
                     
                         
                         
     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
    .jpg)

.jpg)
 
        
 
     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    .jpg) 
                     USD
 USD
 EUR
 EUR
 GBP
 GBP RUB
 RUB