GUAM-a üzv dövlətlərin təhsil diplomlarının beynəlxalq səviyyədə tanınması məsələləri müzakirə edilib
GUAM-a üzv olan ölkələr arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi üçün səylər artırılacaq. GUAM-ın Katibliyindən SİA-ya bildiriblər ki, bu barədə Gürcüstanın sədrliyi ilə Elm və Təhsil üzrə İşçi Qrupun videokonfrans vasitəsilə üçüncü iclasında müzakirə aparılıb.
İştirakçılar təhsil sistemlərinin fəaliyyətində, o cümlədən hərbi vəziyyət şəraitində əsas dəyişikliklər barədə məlumat mübadiləsi aparıb, GUAM-a üzv dövlətlərin təhsil sistemlərinin Avropa və qlobal standartlara uyğunlaşdırılmasını, GUAM-a üzv dövlətlərin təhsil diplomlarının, sertifikatlarının beynəlxalq səviyyədə tanınması məsələlərini müzakirə ediblər.
Qrup üzvləri GUAM-a üzv dövlətlər arasında ümumi orta, peşə, orta ixtisas, ali və ali təhsildən sonrakı təhsil sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar və GUAM-a üzv dövlətlərin təhsil nazirlikləri arasında təhsil sahəsində əməkdaşlıq haqqında Sazişin həyata keçirilməsi üçün koordinasiya və əməkdaşlığı daha da gücləndirməyə hazır olduqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə
 
                         
                                                    
 
                     
     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
    .jpg)

.jpg)
 
        
 
     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    .jpg) 
                     USD
 USD
 EUR
 EUR
 GBP
 GBP RUB
 RUB