Bakı Dövlət Universitetində (BDU) Özbəkistanın Biznes və Elm Universitetinin prorektoru Dilshod Xolmatovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. BDU-dan SİA-ya bildirilib ki, elm və innovasiyalar üzrə prorektor Hüseyn Məmmədov qonaqlara ali məktəbin tarixi, strukturu, tədris və elmi fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirilib ki, BDU son illər Özbəkistanın nüfuzlu ali təhsil müəssisələri ilə əməkdaşlıq müqavilələri imzalayır, tələbə və müəllim mübadiləsi proqramları həyata keçirir. Birgə layihə və elmi tədqiqatlar regionun elmi potensialının gücləndirilməsi və təhsilin keyfiyyətinin artırılmasına xidmət edir. Prorektor qeyd edib ki, BDU-da Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi, 22 elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir. Özbəkistanın Biznes və Elm Universiteti ilə xüsusilə təbiət və dəqiq elmlər sahələrində geniş elmi əməkdaşlıq imkanları var.
Qonaqlar təmsil etdikləri universitetin əsas fəaliyyət istiqamətləri barədə danışıb, BDU ilə əlaqələrin inkişafına inamlarını ifadə ediblər.
Görüş zamanı birgə elmi konfransların təşkili, elmi-pedaqoji əlaqələrin qurulması, müəllim-tələbə mübadiləsi, ikili diplom proqramlarının tətbiqi kimi məsələlər müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə
 
                         
                                                    
 
                     
                         
                         
     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
    .jpg)

.jpg)
 
        
 
     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    .jpg) 
                     USD
 USD
 EUR
 EUR
 GBP
 GBP RUB
 RUB