Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə məktəbəqədər və ümumi təhsil sahəsinə dair təkliflərin müzakirəsi məqsədilə ictimai dinləmə keçirilib. Nazirlikdən SİA-ya bildirilib ki, tədbirdə Elm və Təhsil Nazirliyinin struktur bölmələrinin rəhbərləri və əməkdaşları, məktəbəqədər və ümumi təhsil müəssisələrinin rəhbərləri, ali təhsil müəssisələrinin və tədqiqat mərkəzlərinin nümayəndələri, təhsil üzrə mütəxəssislər, ictimai təşkilatların, nazirlik yanında İctimai Şuranın üzvləri və media qurumlarının təmsilçiləri iştirak ediblər.
İctimai dinləmənin məqsədi “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində görülmüş işlərin nəticələrini müzakirə etmək və növbəti dövr üçün prioritet istiqamətləri müəyyənləşdirmək olub.
Tədbir çərçivəsində əvvəlcə məktəbəqədər və ümumi təhsil üzrə həyata keçirilən fəaliyyətlər, əldə olunan nəticələr və qarşıda duran hədəflər barədə təqdimat nümayiş etdirilib. Ardınca “Erkən yaş dövründə səmərəli təhsil modelinə əsaslanan məktəbəqədər təhsilin əhatə dairəsinin və keyfiyyətinin artırılması” və “Ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi” mövzularında müzakirələr aparılıb.
Müzakirələr zamanı məktəbəqədər təhsildə əhatəlilik, əlçatanlıq və inklüzivliyin artırılması, tədrisin məzmununun və pedaqoji potensialın gücləndirilməsi, eləcə də təhsil müəssisələrinin infrastrukturunun yenilənməsi məsələləri diqqət mərkəzində olub.
Ümumi təhsil istiqamətində aparılan müzakirələrdə tədrisin məzmununun müasir tələblərə uyğun yenilənməsi, müəllimlərin peşəkar inkişafının davamlı və sistemli şəkildə dəstəklənməsi məsələlərinə xüsusi diqqət yetirilib. Bununla yanaşı, tədris prosesində fərdiləşdirilmiş və inklüziv yanaşmaların tətbiqi, hər bir şagirdin potensialına və öyrənmə ehtiyaclarına uyğun təhsil mühitinin formalaşdırılması kimi prioritet istiqamətlər də vurğulanıb.
Tədbirdə, həmçinin təhsil sistemində səmərəli idarəetmə və maliyyələşmə mexanizmlərinin tətbiqi, eləcə də rəqəmsal resurslara çıxış imkanlarının genişləndirilməsi ilə bağlı təkliflər səsləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə
 
                         
                                                    
 
                     
                         
                         
     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                    .jpg) 
                                                     
                                                     
    .jpg)

.jpg)
 
        
 
     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    .jpg) 
                     USD
 USD
 EUR
 EUR
 GBP
 GBP RUB
 RUB