Gəncədə piyadanın vurulması ilə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın yerli bürosunun məlumatına görə, hadisələrdən biri şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
Belə ki, prospektlə hərəkətdə olan "QAZ 3110" markalı minik maşını yolu keçmək istəyən orta yaşlı qadını vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Digər hadisə isə şəhərin Mirzə Abbas Abbaszadə küçəsində baş verib. 1986-ci il təvəllüdlü K.Quliyeva yolu keçən zaman avtomobil onu vurub. Qadın xəstəxanaya yerləşdirilib, hazırda ona yardım edilir. Baş verən ərazilərə polis əməkdaşları cəlb edilib.
Faktlarla bağlı araşdırmalar aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB