Türkiyə dünyanın 125 ölkəsi ilə 350 təhsil müqaviləsi imzalayıb

Türkiyə beynəlxalq təhsil əlaqələrini gücləndirmək və hüquqi əsas üzərinə qurmaq məqsədilə dünyanın 125 ölkəsi ilə 350 müqavilə imzalayıb. İkili sazişlər, qardaş məktəb layihələri, təqaüd və müəllim mübadiləsi proqramları Türkiyənin regional və qlobal səviyyədə tanınmasını da artıran faktorlardandır. Milli Təhsil Nazirliyinin (MEB) rəhbərliyi ilə həyata keçirilən təhsil diplomatiyası eyni zamanda mədəni tərəfdaşlıqları gücləndirərək dünya miqyasında davamlı əlaqələrin qurulmasına da şərait yaradır.

ЫШФ xəbər verir ki, bu çərçivədə, digər türkdilli ölkələr, o cümlədən Azərbaycan da daxil olmaqla Türkiyə Şimali Kipr Türk Cümhuriyyətindən (ŞKTC) Qətərə, Yunanıstandan Liviyaya, Konqodan Monqolustana qədər geniş coğrafiyada əməkdaşlıqlar və qarşılıqlı anlaşma memorandumları əsasında təhsil sahəsində fəaliyyət davam etdirilir. Bura ali və peşə təhsili sahələri də daxildir.

Türkiyənin qlobal təhsil şəbəkəsini genişləndirmək məqsədilə son iki ildə 14 ölkə ilə 16 yeni sənəd imzalanıb. Suriya ilə müəllim hazırlığı, peşəkar inkişaf və xüsusi təhsil sahələrini əhatə edən protokol imzalanıb.

Bu ilin iyun ayı etibarilə Türkiyənin 13 ölkədə 65 təhsil müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə 12 mindən çox şagird təhsil alır, 679 müəllim çalışır.

1994-cü ildən bəri Türkiyə məktəbləri ilə 64 ölkədən 1 229 təhsil müəssisəsi ilə qardaş məktəb əlaqəsi qurulub. 2024–2025-ci tədris ilində 8 ölkədə 2 174 şagirdə türkcə və mədəniyyət dərsləri tədris olunub. Növbəti dövrdə bu sayın 11 ölkəyə çatdırılması planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə