Noyabrın 17-də Təhsil İnstitutu (ARTİ) və Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş doktorantların və gənc tədqiqatçıların XXVI Respublika Elmi Konfransının (NASCO XXVI) açılış mərasimi keçirilib. SİA xəbər verir ki, konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. SİA xəbər verir ki, açılış nitqi ilə çıxış edən BDU-nun rektoru Elçin Babayev tədbir iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.
Açılış mərasimində iştirak edən elm və təhsil naziri Emin Əmrullayev konfransın doktorant və gənc tədqiqatçılar üçün xüsusi əhəmiyyəti olduğunu vurğulayıb. Eyni zamanda nazir sözügedən konfransın artıq 26 ildir keçirildiyini və onun təşkilinin vacib tərəflərini qeyd edib.
Emin Əmrullayev çıxışında həmçinin ali təhsil müəssisələri və elmi-tədqiqat institutlarının sıx əməkdaşlığı sayəsində gənc alimlərin inkişafına şərait yaradılmasının üstünlüyündən danışıb.
Elm və təhsil naziri çıxışının sonunda konfransın işinə uğurlar arzulayıb.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli çıxışında konfransın gənclər üçün vacibliyini vurğulayıb. İsa Həbibbəyli elmi prosesə təkan vermək üçün elmin müxtəlif sahələrində fənlərin inteqrasiyasının böyük əhəmiyyət kəsb etdiyini bildirib.
ARTİ-nin direktor səlahiyyətlərini icra edən Elnur Əliyev çıxışında tədbirlə bağlı hesabatı diqqətə çatdırıb.
Çıxışlardan sonra elmi konfrans panellər və bölmə iclasları ilə davam etdirilib.
Konfrans noyabrın 18-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə