“Cənab Prezident İlham Əliyevin apardığı gənclər siyasətinin əsası gənclərin həvəsləndirilməsindən tutmuş, xaricdə təhsil almasının təmin edilməsinə qədər əhatəlidir”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli deyib.
İ.Həbibbəyli bildirib ki, hazırda ölkə başçısının dəstəyi ilə həyata keçirilən xaricdə təhsil proqramı ilə təhsil alan doktorantların da sayı artır: “Bu ölkəmizin təhsil sistemi üçün çox faydalıdır və yeni nəslin inkişafında mühüm rola sahibdir.
Cənab Prezidentin hər il elan etdiyi "Gənclər Mükafatı" gəncliyə göstərilən diqqət və qayğının göstəricisidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə