"700 müəllimi işdən azad edə bildik” - NAZİR

“Doktorantların və gənc tədqiqatçıların konfransının artıq 26-cı dəfə keçirilməsi ölkədə doktorantlarla bağlı yaxşı bir ənənənin davam etdiyini göstərir. Bu konfransın birinci, ikinci illərində iştirak edən doktorantların hazırda harda olduqları sualına cavab tapa bilməyimiz olduqca vacibdir. Çünki 26 il əvvəl oxşar konfransda iştirak edənlərin hansı uğurlar əldə etdiyinə baxsaq, təxminən 26 il sonra harda olacağımızı görə bilərik”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı Elm və Təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, “elm kimə lazımdır?” sualına cavab tapmaq vacibdir: “Çünki ölkəmizdə elm daha çox sosial sahə kimi təzahür edir. Təhsil siyasəti ilə bağlı olduqca çox rəy və fikirlər var. Lakin rəyə rəy verilməsi məsələsinin mahiyyətinə varmaq lazımdır. Yəni nüfuzun mahiyyəti elmi rəyin olmasıdır. Gənc tədqiqatçılar bu davranışlara söykənməlidir. Əks təqdirdə xoş sözlərlə biri-birimizə rəy versək, çox yaxşı qarşılıqlı münasibətimiz yaranacaq, amma elmi rəy formalaşmayacaq. Bu baxımdan eyni statusda olan şəxslərin tərəfsiz şəkildə biri-birinə rəy bildirməsi təhsil ekosistemi üçün vacib amildir.

“Təəsüf ki, bizim sistemdə uzun müddət heçnə etmədən qalmaq mümkündür. Məsələn, müəllimlərin sertifikatlaşdırma imtahınını həyata keçirə bilməyimiz 7 ilimizi aldı və yalnız 7 il sonra imtahanda məqbul nəticə göstərə bilməyən 700 müəllimi işdən azad edə bildik”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə