Abşeron rayonunda Zəfər Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR

Abşeron rayonunda Zəfər Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR

Xəbər verdiyimiz kimi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində 8 noyabr-Zəfər Günü ilə bağlı geniş tədbirlər keçirilir. Silsilə tədbirlərdən biri də Abşeron rayonu şəhid İlqar Yusifov adına Goradil tam orta məktəbində keçirilib. SİA xəbər verir ki, Zəfər günü ilə bağlı keçirilən tədbirdə canlarını ölkəmizin ərazi bütövlüyü uğrunda qurban verən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. İştirakçılara Vətən Müharibəsində ordumuzun dünya hərb tarixində yeni səhifə yazması barədə geniş məlumat verilib. Qalibiyyətin əldə edilməsində Azərbaycan əsgər və zabitləri sırasında Goradil qəhrəmanlarının da mühüm pay sahibi olduğu şagirdlırin diqqətə çatdırılıb.

Qeyd edək ki, məktəbdə Zəfər Gününə həsr olunmuş “Açıq dərs”lər, ədəbi-bədii kompozisiyalar, foto və rəsm sərgisi keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə