"Mütəmadi olaraq bütün təhsilverənlər təlimlərə cəlb olunmalıdırlar” - EKSPERT İZAH ETDİ
“2011-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev uşaq bağçalarını Təhsil Nazirliyindən alaraq, icra hakimiyyətlərinə vermişdi. Burada məqsəd idarəetməni gücləndirmək və maddi-texniki bazanı yüksəltmək idi”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
Ekspert bildirib ki, 2021-ci ilin dekabrında isə növbəti sərəncamın şahidi olduq: “Bu dəfə isə ölkə Prezidenti uşaq bağçalarını icra hakimiyyətlərindən alıb yenidən Elm və Təhsil Nazirliyinin tabeliyinə verdi. On ilə nəzər yetirsək görürük ki, uşaq bağçalarında yerli icra hakimiyyəti orqanları tərəfindən uğurlu tədbirlər həyata keçirilmədi, maddi-texniki baza yüksəldilmədi. Cəmiyyətdə isə artıq uşaq bağçası müdürləri və əməkdaşlarına qarşı neqativ fikirlər var idi.
Elm və Təhsil Nazirliyi isə mütəmadi olaraq işin daha da şəffaflaşdırılması və əlçatanlığın təmin edilməsi üçün təlimlər keçirir. Təlimlərin əsas məqsədi idarəetmənin qanunvericiliyə istinadən həyata keçirilməsi, idarə edən şəxslərin normativ hüquqi aktları bilməsi və müasir yeniliklərin tətbiq edilməsidir. Düşünürəm ki, bu çox müsbət bir haldır və mütəmadi olaraq bütün təhsilverənlər təlimlərə cəlb olunmalıdırlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB