“Təhsilalanların sayının çoxluğu ölkənin inkişafını labüd edir” - NAZİR
“Azərbaycanda 1960-1970-ci illərdə çox az sayda şəxsin ali təhsil almaq şansı var idi. Lakin hazırda ölkəmizdə hər il ortalama 55 min gənc ali təhsil alır”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, bir ölkədə təhsilalanların sayı nə qədər çoxdursa, həmin ölkənin inkişafı da labüddür: “Ulu Öndərin vaxtikən minlərlə azərbaycanlını SSRİ-nin ali təhsil müəssisələrinə göndərməsi indi də öz müsbət nəticələrini göstərir. Hansı ki, həmin şəxslər indi Azərbaycanın siyasi, iqtisadi və bir çox digər sahələrində mühüm yerə sahibdirlər və ölkənin inkişafında vacib rol oynayırlar”.
Müəllif: Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB