“Azərbaycanda intellektual gənc nəslin yetişdirilməsi Ümummilli Liderin adı ilə bağlıdır” - Tahir Budaqov
“Ulu Öndər Heydər Əliyev zamanında bir çoxlarının anlamadığı hədəfləri vuraraq, gələcək Azərbaycanın bugünü üçün böyük işlər görüb. Bunlardan ən mühümü Azərbaycan milliyətinin dilinin inkişafı, qorunub saxlanması ilə bağlıdır. Ana dilinin qorunması bir dövlətin və onun xalqının inkişafı üçün olduqca önəmli faktordur”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib.
O bildirib ki, Ulu Öndərin ən böyük fəaliyyətlərindən biri Sovet hakimiyyəti dövründə Azərbaycanda milli hərbi kadrların yaradılması idi: "Bu istiqamətdə hərbi məktəblər açıldı və həmin məktəblərdə milli hərbi kadrların hazırlanması müstəqil Azərbaycanın son zamanlarda əldə etdiyi uğurlarda, Vətən müharibəsindəki zəfərdə müstəsna əhəmiyyət kəsb etdi. Azərbaycanda yüksək dünyagörüşlü, intellektual gənc nəslin yetişdirilməsi də məhz Ümummilli Liderin adı ilə bağlıdır. Hələ o dövrdə Heydər Əliyev gəncləri Sovetin ən yaxşı ali təhsil ocaqlarına göndərərək, onların təhsil almasına böyük töhfə verib”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB