BDU Tokat Qaziosmanpaşa Universiteti ilə “Erasmus” mübadilə protokolu imzalayıb
Bakı Dövlət Universiteti (BDU) ilə Türkiyənin Tokat Qaziosmanpaşa Universiteti arasında “Erasmus” mübadilə protokolu imzalanıb. Bu barədə SİA-ya BDU-dan məlumat verilib.
Protokolu BDU-nun rektoru Elçin Babayev və Türkiyənin Tokat Qaziosmanpaşa Universitetinin rektoru Fatih Yılmaz imzalayıblar. Protokol çərçivəsində təhsilalanların, tədqiqatçıların və akademik heyətin mübadiləsi nəzərdə tutulur.
Əsası 1992-ci ildə qoyulmuş Tokat Qaziosmanpaşa Universiteti Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən biridir. 35 min tələbənin təhsil aldığı Tokat Qaziosmanpaşa Universitetində 17 fakültə, 13 peşə məktəbi, bir institut fəaliyyət göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB