Bakıda keçirilən Təhsilin İnkişafı Forumu NƏ İLƏ YADDA QALDI? - EKSPERT ŞƏRH ETDİ
“Dünən baş tutan Təhsilin İnkişafı Forumu təhsillə bağlı məsələlərin müzakirəsi üçün çox ciddi platforma oldu, forum əsnasında kifayət qədər yaxşı müzakirələr aparılırdı. Xüsusilə təhsil və sənaye əməkdaşlığı sahəsində bir sıra məsələlər müzakirə edildi. Bütün ölkə üzrə təhsillə bağlı məsələlər vacib istiqamətlərdə təhlil olundu. Ölkəmizdə bu sahədə görülən işlər, mövcud vəziyyət və problemlər, qarşıda duran hədəflər ortaya qoyuldu”. Bu sözləri SİA-ya açıqlamasında fəlsəfə doktoru, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorantura və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyib.
Ekspert bildirib ki, bu gün forumun davamı olaraq iş adamları, universitet rəhbərlikləri ilə geniş müzakirələr aparıldı: “Bugünkü görüşdə də olduqca əhəmiyyətli müzakirə mühiti yaranmışdı. Bu istiqamətdə aidiyyatı şəxslərin fikirləri toplanıldı və gələcəkdə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparıldı.
Bütövlükdə forumun keçirilməsi olduqca müsbət hadisədir. Məhz bilik iqtisadiyyatının formalaşdırılması, innovasiyaların tətbiqi və yeni innovasiyaların yaradılması üzrə işlərin görülməsinə Forum öz töhfəsini verdi”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB