“Bütün sahələrdə eyni anda islahatlar aparsaq, nəticə əldə edə bilmərik“ - Elnur Əliyev
“Səhv etmək fərqli düşünmək deməkdir. Bu mənada əslində innovasiya sözü İKT əsaslı anlayış deyil və həyatımızın bütün sahələrini əhatə edən hər hansı bir yenilikdir. Burada dövlətin rolu çox vacibdir”. SİA xəbər verir ki, bu sözləri Təhsilin İnkişafı Forumunda panel müzakirələri zamanı İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev deyib.
E.Əliyev bildirib ki, bütün sahələrdə eyni anda islahatlar aparsaq, nəticə əldə edə bilmərik: “Buna görə də zaman-zaman müəyyən sahələrə fokuslanaraq, onların innovasiyası üçün çalışırıq. Sahibkarlara dəstək və biliklərin verilməsində innovativ həll olaraq müxtəlif fəaliyyətlərdən istifadə olunmalıdır. Bilik verilməsi ilə yanaşı hər hansı güzəştlər olunmalı, dəstək verilməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB