“İnnovasiya əvvəlcədən proqnozlaşdırılmır” - Sahil Babayev

“İnnovasiya əvvəlcədən proqnozlaşdırılmır” - Sahil Babayev

“İnnovasiya həddindən artıq geniş bir anlayışdır. Bəzi hallarda innovasiyanın texnologiya, kibertəhlükəsizlik və s. ilə bağlı olduğunu düşünürük. Amma innovasiya bütün sahələr üzrə ən kiçik texniki məsələlərdə belə mümkündür”. SİA xəbər verir ki, bu sözləri Təhsilin İnkişafı Forumunda panel müzakirələri zamanı əmək və əhalinin sosial müdafəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, innovasiya əvvəlcədən proqnozlaşdırılmır və müxtəlif sahələrdən gəlir: “Biz müxtəlif istiqamətlər üzrə inkişafa hazır olmalıyıq. Nəzəri olaraq Sovet təhsilindən bizə qalan təhsil Qərb təhsilindən daha yaxşı idi. Amma praktiki olaraq Qərb daha düzgün, innovasiya yönümlü təhsil verirdi. Buna görə də bilik və bacarıqların sürətli inkişafına hazır olmalıyıq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə