“İnnovasiya haqqında danışmaq bizə innovasiya vermir” - Emin Əmrullayev

“İnnovasiya haqqında danışmaq bizə innovasiya vermir” - Emin Əmrullayev

“Səhv etmək çox vacib bir öyrənmə elementidir. Səhv etməkdən qorxan, risk etməkdən çəkinən insanlarla innovasiya etmək çətindir”. SİA xəbər verir ki, bu sözləri Təhsilin İnkişafı Forumunda panel müzakirələri zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, innovasiya haqqında çox danışmaq bizə innovasiya vermir: “Təbii ki, innovasiyanın yaranması üçün bu ətrafda danışmaq zəruridir, amma kafi deyil”.

Bütün xəbərlər Facebook səhifəmizdə