“Forumun əsas gündəmi universitet-sənaye tərəfdaşlığının qurulmasıdır. Bunu demək bir neçə saniyəmizi alır, lakin onu həyata keçirmək olduqca çətindir. Bu tərəfdaşlığın qurulması özlüyündən yarana bilməz. Universitet-sənaye tərəfdaşlığını yaratmaq üçün ekosistemi inkişaf etdirmək lazımdır”. SİA xəbər verir ki, bu sözləri Təhsilin İnkişafı Forumunda panel müzakirələri zamanı Türkiyə Respublikası TED Universitetinin rektoru İhsan Sabuncuoğlu deyib.
İ.Sabuncuoğlu bildirib ki, günümüzdə universitet-sənaye tərəfdaşlığını innovasiya üzərindən ekosistemə çevirməyə ehtiyac var: “Buna görə də innovasiya bugünkü forumun əsas ifadəsinə çevrilib. Bir sözlə, ekosistem yaratmaq innovasiyadan keçir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB