“Panel müzakirələri ciddi mövzular ətrafında aparılacaq” - EKSPERT DANIŞDI
“Təhsil forumunun keçirilməsi Azərbaycan təhsili üçün böyük hadisədir. Burada ilk dəfə olaraq təhsil müəssisələri əmək bazarının aparıcı qüvvəsi olan idarə və təşkilatlarla əlaqəli işləyəcəklər. Bu mənada Azərbaycanda bu cür keçirilən ilk forumdur”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
Ekspert bildirib ki, dünyanın inkişaf etmiş ölkələrində belə forumlar tez-tez təşkil olunur və çox mühüm hadisədir: “Hesab edirəm ki, bu forum vasitəsilə artıq təhsil müəssisələri işəgötürənlərin tələbini biləcəklər. Panel müzakirələri ciddi mövzular ətrafında aparılacaq.
Azərbaycan təhsil sistemində son 3 il ərzində müsbətə doğru çox mühüm dəyişikliklər baş verib. Onlar arasında dünya təcrübəsinin təhsilə tətbiqi, həmçinin çox maraqlı müzakirələrin keçirilməsi yer alır.
Forum iştirakçı tərkibi olduqca genişdir. Onlar son dövrün əmək bazarının tələbləri və müasir standartları müzakirə edəcəklər. Düşünürəm ki, bu forum Azərbaycan təhsilinin inkişafına və beynəlxalq reytinqin yüksəlməsinə müsbət təsir göstərəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB