"Görülən işlər, qazanılan uğurlar göz qabağındadır" - ŞƏRH EDİLDİ
“XXI əsr elm və texnologiya əsridir. Təbii ki, dünya təhsilində hansı uğurlar qazanılırsa, Azərbaycan təhsilində də həm orta məktəb, həm kollec və liseylər, həm də ali məktəblərdə bu müasir texnologiyanın ayrı-ayrı forma və metodlarından istifadə olunur. Fərq ondadır ki, bəzi dünya dövlətlərində texnologiyalar daha çox tətbiq edilir və uzun illərin təcrübəsinə müraciət olunur. Lakin elə ölkələr var ki, bu inkişafın yarısındadır, ya da yeni başlayıb”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Anar İsgəndərov deyib.
Deputat bildirib ki, Azərbaycan uzun müddət sovet Rusiyasının tərkibində olub və Sovet İttifaqında da texnologiyanın inkişafı göz qabağında idi: “Yəni sovet təhsili uğurlar qazanmış olsa da, Qərb texnologiyası ilə müqayisədə geridə qalırdı.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bizə lazım olan hərbi texnologiyanın inkişafı diqqəti cəlb etdi. Çünki bizim torpaqlarımız işğal altında idi. Məhz bu sahədə görülən işlər, qazanılan uğurlar da göz qabağındadır. Lakin ən ucqar kənd məktəblərində belə artıq müasir texnologiyalardan istifadə olunur. Amma tam şəkildə bundan yararlandığımızı da deyə bilmirik. Amma istənilən halda Azərbaycan bu sahədə də uğurlara imza atır. Ən vacib məqam isə Azərbaycan gəncinin yeni texnologiyaların öyrənilməsinə meyilli olmasıdır. Bütün bunlar göstərir ki, Azərbaycan təhsilində texnologiyanın müxtəlif istiqamətlərindən istifadə olunur və uğurlar qazanılır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB