2023-cü ilin ikinci Ay tutulması başlayıb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, bu, qismən Ay tutulmasıdır.
Bakı vaxtı ilə saat 22:01-də yarımkölgəli tutulma başlanıb. Saat 23:35-də qismən tutulma başlayacaq. Tutulmanın maksimumu oktyabrın 29-u saat 00:14-də baş verəcək. Saat 00:52-də qismən tutulma, saat 02:26-da yarımkölgəli tutulma sona çatacaq.
2023-cü ilin ikinci Ay tutulmasını Avropa, Asiya, Avstraliya, Afrika, Şimali Amerika, Cənubi Amerikanın Şimal-Şərq hissəsi, Sakit okean, Atlantik, Hind okeanları, Arktika və Antarktidada müşahidə etmək mümkündür. Ay tutulması Azərbaycan ərazisində də müşahidə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB