“Rəqəmsal bacarıqların tətbiqi günümüzün reallığıdır” - EKSPERT AYDINLIQ GƏTİRDİ
“Yeni texnologiyalardan istifadə, rəqəmsal bacarıqların tətbiqi günümüzün reallığıdır. Təbii ki, məktəbdə bu bacarıqların şagirdlərə aşılanması çox vacibdir”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov deyib.
Ekspert bildirib ki, yeni nəslin bu istiqamətdə kifayət qədər maraqlarının olduğu da nəzərə alınmalıdır: “Bu maraq və bacarıqların düzgün şəkildə inkişaf etdirilməsi üçün onları mütləq istiqamətləndirməliyik. Çünki əks təqdirdə bacarıqlarından zərərli yönümdə də istifadə etmələrinə imkan vermiş olarıq. Bu baxımdan da Rəqəmsal bacarıqlar – informatika fənninin fərqli formatda tədrisinin həyata keçirilməsi olduqca faydalı və lazımlıdır.
Rəqəmsal bacarıqlar birmənalı şəkildə zamanın tələbidir. Bu istiqamətdə gələcəkdə yeni ixtisaslar da yaranacaq. Bütövlükdə rəqəmsal bacarıqlara malik olmadan yaxşı mütəxəssis olmaq mümkün olmayacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB