ADNSU-da “Heydər Əliyev və Azərbaycan sənayesinin inkişafı” adlı konfrans keçirilib

Mayın 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan sənayesinin inkişafı” mövzusunda konfrans keçirilib.Ulu öndərin abidəsi önünə əklil qoyulması ilə başlanan tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib.Tədbiri giriş sözü ilə açan ADNSU-nun rektoru, professor Mustafa Babanlı qonaqları salamladıqdan sonra universitetdə Ulu öndərin 100 illiyinə həsr olunmuş silsilə tədbilər keçirilidiyini və gənclərin Heydər Əliyev irsinə olan xüsusi maraq və rəğbətini yüksək qiymətləndirdiyini qeyd edib. Rektor Mustafa Babanlı Ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanı siyasi arenada tanıtmaqla yanaşı, ölkə sənayesinin və iqtisadiyyatının inkişafının əsaslı təməlini qoyduğunu deyib.Sonra Ulu öndərin müəyyən etdiyi iqtisadi siyasət strategiyasının başlıca istiqamətlərindən söz açan Millət vəkilləri Ziyad Səmədzadə, Cavanşir Feyziyev, Azər Badamov, Azər Kərimli və Məşhur Məmmədov çıxış edərək ümummilli liderin Azərbaycana rəhbərliyi dövründə digər sahələrdə olduğu kimi, sənayenin inkişafı istiqamətində də atdığı həlledici addımlardan və əvəzsiz xidmətlərindən danışıblar.

Qeyd edilib ki, Ulu öndərin müasir Azərbaycana rəhbərlik etdiyi 10 il Azərbaycanın ən yeni tarixinə sosial-iqtisadi yüksəliş dövrü kimi yazılıb və bu illər ərzində sosial-iqtisadi inkişaf, sənayenin inkişafı təmin olunub. Bütün bunlarla yanaşı, ölkəyə xarici sərmayələr cəlb edilib, böhran həddində olan iqtisadiyyatda və sənayedə uğurlu islahatlar nəticəsində tərəqqiyə doğru əsaslı dönüş yaranıb. Çıxışlarda xüsusi olaraq vurğulanıb ki, bu gün ümummilli lider Heydər Əliyev siyasətini uğurla həyata keçirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yeni dövrün tələblərinə cavab verən sürətli və kompleks inkişafı təmin olunub, Azərbaycan borc alan ölkədən borc verən və artıq dünayaya öz sənaye məhsulunu satan qüdrətli dövlətə, təhlükəsiz və abad ölkəyə çevrilib.

Bütün xəbərlər Facebook səhifəmizdə