İmtahanlarda 9 nəfərin nəticəsi ləğv olunub

İmtahanlarda 9 nəfərin nəticəsi ləğv olunub

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 30-da keçirilən buraxılış imtahanlarında iştirakı nəzərdə tutulan 48065 nəfərdən 373 nəfər imtahana gəlməyib.

SİA DİM-ə istinadən xəbər verir ki, tələb olunan imtahan qaydalarını pozduğu üçün 9 nəfərin nəticəsi ləğv olunub.

İmtahan iştirakçıları arasında 1 nəfər – Naxçıvan Qarnizonunun tam orta məktəbinin şagirdi maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

Bütün xəbərlər Facebook səhifəmizdə